Baş rollarını türkiyəli sənətçilər Furkan Andıç və Aybüke Pusatın oynadığı “Her yerde sen” serialı başa çatır.

Open.az xəbər verir ki, buna zəmin yaradan isə ekran işinin yüksək reytinq qazanmamasıdır. Son zamanlar az izlənilən serialın baxış sayını artırmaq üçün yayım günü də dəyişilib. Lakin bu dəyişiklik də reytinqi yüksəltməyib.

Verilən qərara əsasən, “Her yerde sen” üç seriya sonra ekranla vidalaşacaq.