Aktyor Ali Atayla evlənən məşhur türk aktrisa Hazal Kaya hamilədir.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə aktrisa "İnstageram" hesabında açıqlama yayıb.

O, sevincini izləyiciləri ilə paylaşıb: "Bu sevincli xəbəri sizlə bölüşdüyümə görə çox xoşbəxtəm. Bəli, hamiləyəm. Övladım 11 həftəlikdir. İk iki ay övladım üçün həssas zamanlar olduğu üçün açıqlamaq istəmədim. Son müayinəmizi yaxşı keçdi və sevincimi sizinlə bölüşmək istədim".

Xatırladaq ki, Hazal və Ali 5 illik münasibətdən sonra bu ilin mart ayında evlənib.

Gülnar Qafarlı

Hazal Kaya hamilədir