Ana olmağa hazırlaşan məşhur türk aktrisa Hazal Kaya həyat yoldaşı Ali Atay ilə tətilə çıxıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, 7 aylıq hamilə olan aktrisa tətildə ərinə qadağalar qoyub.

O, ekstremal idmanla məşğul olmaq istəyən həyat yoldaşına "Ata olacaqsan, etmə" deyərək mane olub.

Cütlüyün əyləncəli dialoqu onlarla səyatə yollanan dostlarının kamerasına qeyd olunub.

Gülnar Qafarlı

Hazal Kaya ərinə qadağa qoydu