Məşhur türk müğənnisi Haluk Levent növbəti örnək addımı ilə gündəmə gəlib.

Open.az xəbər verir ki, sənətçi Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra işsiz qalan musiqiçilərə görə reklam çarxına çəkilib.

H.Levent qazandığı gəlirdən 51 musiqiçinin hesabına 3 min TL (təxminən 612 manat) pul köçürüb.

Onun bu addımı sosial şəbəkədə alqışla qarşılanıb.