67 yaşlı qonşusu Hüseyin Meriçi döyən, müğənni Halil Sezai həbs edilib.

Open.az xəbər verir ki, Halil Sezainin bacısı Duyğu Paracıkoğlu Bakar qardaşının müdafiəsinə qalxıb.

Duygu Paracıkoğlu Bakar : "Qardaşımın hərəkəti yanlışdır. Ona haqq qazandırmıram. Qınayıram, amma o, adam da məsum deyil. O, adam qardaşıma hər zaman pis-pis söyüşlər söyüb. Bu məsələ xeyli vaxtdır, belə davam edirdi. Hələ neçə il əvvəl qardaşıma dedim ki, bu adama baş qoşma. Elə o zamandan vəziyyətin yaxşı olmadığını hiss edirdim. Qorxduğum başıma gəldi. Hamı qardaşıma lənət oxuyur. Amma sizin də ananıza ən ağır sözlər deşəydilər, dözərdinizmi?" deyən Halil Sezainin bacısı qardaşının haqlı olduğunu dilə gətirib.