Kanal D ekranında yayımlanan "Neler Oluyor Hayatta" proqramının aparıcısı Hakan Ural, maraqlı açıqlama edib.

Open.az xəbər verir ki, xarici görünüşünə hər zaman diqqət yetirən Hakan Ural, idmanla məşğul olmasına baxmayaraq hazırki çəkisini açıqlayıb.

Hakan Ural: "Heç kim inanmaz. 105 kq olmuşam. Özüm də tərəziyə çıxanda inanmadım. Mən 105 kq, qızım 22, itimiz isə 24 kq-dır. Bu da onu göstərir ki, çəkisi qızımdan böyük olan itimiz var"

Ülviyyə Həsənqızı