Müğənni Hadisə ilə aktyor Kaan Yıldırım münasibətini ciddiləşdirmək qərarına gəlib.

Open.az xəbər verir ki, karantin günlərində tez-tez sevgilisinine evinə gedən Hadisə baldızı Nilüfer Yıldırımla tanış olub.

Hadisə karantin bitəndən sonra sevgilisinin valideynləri ilə görüşməyi planlaşdırır. Cütlüyün elçilik mərasimi olacaq.

3 aydır birlikdə olan müğənni və aktyor artıq nişan edib, toy tarixini dəqiqləşdirmək istəyir.

Kaan isə Hadisənin bacısı Derya Açıkgöz ilə tanış olub. (Axşam.az)