"O səs Türkiyə"də münsif kürsüsündə oturan müğənni Hadisə proqrama geyindiyi ayaqqabısıyla sosial medianın dilinə düşüb.

Open.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisənin ayaqqabıları sosial şəbəkə istifadəçiləri tərəfindən lağa qoyulub. Buna səbəb isə ifaçının ayağına çox böyük ölçüdə olan ayaqqabılarla ciddi pozlar veməsi olub.

Hadisənin paylaşdığı fotoların altından, "Ayaqqabının ölçüsü 3 dəfə böyükdür", "Gələn il də geyinərsən" kimi şərhlər yazılıb.