Türkiyəli müğənni Hadisə sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib.

Open.az xəbər verir ki, sənətçi İtaliyanın dünyaca məşhur brendi olan "Fendi"-yə məxsus kombini ilə diqqətləri üzərinə çəkib.

34 yaşlı müğənninin geyimi 11 min Tl (təxminən 2 min 728 manat), ayaqqabısı 6 min Tl (təxminən 1488 manat), çantası isə 5 min Tl (1240 manat) dəyərində olub.

Qeyd edək ki, Hadisə geyimlərini sponsor qarşılığında yox, pul ödəyərək alır.