Müğənni Hadisə aylardır eşq yaşadığı aktyor sevgilisi Kaan Yıldırımı ailəsi ilə tanış edəcək.

Open.az xəbər verir ki, münasibətləri getdikcə ciddiləşən Hadisə və Kaan Yıldırım, evlilik yolunda ilk addımı atırlar.

Belə ki, Hadisə pandemiya bitdikdən sonra Kaanla birlikdə Belçikada yaşayan valideynlərini ziyarət edəcək.

Bu barədə sosial mediadan xəbər yayan məşhur müğənni, Kaan Yıldırımla olan fotolarını da yaymaqdan çəkinməyib.