Ötən gün sosial şəbəkə hesabında itlə şəklini paylaşan Hadisenin yeni eşqini fotodakı detal ortaya çıxarıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, məşhur müğənninin şəkildə poza verdiyi itin aktyor Kaan Yıldırıma aid olduğu məlum olub.

Hadise və Kaanın sevgili olduğu iddia edilib.

Qeyd edək ki, ötən il bir aktrisa Ezgi Eyüboğludan boşanan Kaan Yıldırımın adı son olaraq Demet Özdemirlə çəkilib. Birlikdə görünən cütlük sevgili olduğunu inkar edib.