Müğənni Hadisə bir müddət əvvəl koronavirusa yoluxub, qısa müddət sonra da sağalmışdı.

Open.az xəbər verir ki, "O Ses Türkiye"nin yeni il çəkilişləri üçün studiyaya gələn Hadisə, virusa qalib gəldikdən sonra ürəyində yaranan qorxulardan danışıb.

"Koronavirusa yoluxdum və sağaldım. Xəstəxanalıq olmadım. Vəziyyəti məndən ağır olanlara baxıb, Allaha şükür etdim. 2 həftə evdə tək-tənha qaldım. 4 həftə öskürdüm. Başım ağrıdı, qusdum, 5 gün dad və qoxu bilmədim. Bu proseslər çox ağırdır. Amma məni ən çox qorxudan səsim oldu. Düşündüm ki, səsim batsa və bir daha açılmasa neylərəm? Mahnı oxuya bilməsəm, necə yaşayaram? Bu qorxular məni məhv etdi. İndi də ürəyim qorxu içindədir. Bir sözlə koronovirusdan sağaldım, amma qorxularımı yox edə bilmədim" deyən Hadisə, tam sağalsa da qorxularından qurtula bilmir.

Hadisə koronavirusdan sonrakı günlərindən danışdı-Tək qorxum?