Məşhur türk filmi "Hababam sınıfı"nın tanınmış aktyoru Tuncay Akçanın səhhəti stabildir.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı aktyor bir neçə gün əvvəl qarın boşluğundan əməliyyat olunub.

Aktyorun bağırsağında şiş aşkar edilib. Həkimlərin səyi nəticəsində əməliyyatı uğurla başa çatan Tuncay Akçanın vəziyyəti hazırda yaxşıdır.

Qeyd edək ki, aktyor dekabrın 3-də xəstəxanadan evə buraxılacaq.

Ülviyyə Həsənqızı