Karantin günlərinin bitməsi ilə birlikdə yeni layihəyə imza atan Gülben Ergenin geyimi tənqid hədəfinə çevrilib.

Open.az xəbər verir ki, Gülben Ergenin yeni imicini müğənni Zeyneb Mansura bənzədiblər.

İki il əvvəl qara rəngli çimərlik geyimi ilə "Tesadüfen" adlı albom çıxaran Zeyneb Mansurun Cihan Nacar imzalı geyimini, Gülben Ergen təkrar edib.

İzləyicilər Gülben Ergeni təkrarçılıq etdiyinə görə qınayıblar və bildiriblər ki, bunu artıq bir dəfə ediblər.

Ülviyyə Həsənqızı

Gülben Ergeni təqlid etməkdə günahlandırdılar