Türkiyənin məşhur müğənnisi, güclü səsi ilə çoxlarından seçilən Linet karantin günlərindən sonra yeni fotosunu paylaşıb.

Open.az xəbər verir ki, Linetin yeni fotosunu görən izləyiciləri onu tanımayıblar.

Keçmişdən bu günə zahiri görkəmi çox dəyişən Linet, əvvəlcə mədəkiçiltmə əməliyyatı ilə artıq çəkisindən xilas olub. Daha sonra burun əməliyyatı etdirən müğənni, bir müddət əvvəl isə ombalarını böyüdüb.

Linetin üzündəki son dəyişim isə diqqətləri yenidən üzərinə çəkib.

İzləyiciləri: "Bu, Linetdir? Nə qədər dəyişilib" yazaraq, düşüncələrini bildiriblər.

Ülviyyə Həsənqızı