Gənc türk müğənni Melek Mosso konsertində etdiyi hərəkətlə gündəmə gəlib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, son günlərdə ulduzu parlayan ifaçı konsertdə paltarını açaraq, qadınlara səslənib.

O, qadınların azad olduğunu və kimsəyə ehtiyacları olmadığını söyləyib və orta barmağını göstərib.

"Açmaq istəyirsinizsə, açın. Danışmaq istəyirsinizsə, danışın. Sizin necə davranmaq lazım olduğunu, necə danışacağınızı, nə edəcəyinizi kiminsə söyləməsinə ehtiyacınız yoxdur, qızlar. Öz qanadınız var, kimsənin qanadları altında durmaq lazım deyil", -deyə müğənni söyləyib.

M.Mossonun bu hərəkəti və söylədikləri kəskin reaksiyalara səbəb olub.

Gülnar Qafarlı


Gənc müğənni orta barmağını göstərdi - Tənqid olundu

Gənc müğənni orta barmağını göstərdi - Tənqid olundu

Gənc müğənni orta barmağını göstərdi - Tənqid olundu