Türk aktrisası və model Yasemin Özilhan ötən illərin vəfasızlığından şikayətlənib.

Open.az xəbər verir ki, media nümayəndələri ilə yolda rastlaşan aktrisa: "Sonuncu dəfə "Mucize Doktor" serialında Ela Altındağ obrazını canlandırdım. İki bölümdə qonaq aktrisa kimi rol aldım. 10 il əvvəl isə eyni obrazı "Doktorlar" serialında ifa etmişdim. Sonra başım ailəyə, övladlarıma qrışdı və sənətimdən uzaq düşdüm. Vaxt keçdikcə, təklif gəlmədi. Heç mən də gözləmədim. Bir müddətdən sonra isə unuduldum..." deyib.

Qeyd edək ki, 2011-ci ildə ailə quran 35 yaşlı aktrisa yaratdığı obrazın şərəfinə kiçik qızının adını Ela qoyub.

Ülviyyə Həsənqızı

Gənc aktrisa etiraf etdi: Unuduldum...Gənc aktrisa etiraf etdi: Unuduldum...