Türkiyənin məşhur cütlüyü Fahriye Evcen və Burak Özçivit yeni dünyaya gələn övladı Karanın fotosu üçün Qətər və Özbəkistandakı tikinti firmalarından təklif alıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, iki ayrı şirkətin ailə fotosu üçün cütlüyə 2 milyon TL təklif etdiyi öyrənilib.

Burak və Fahriye təklifə razılıq verərsə, sözügedən şəkil ölkənin bütün küçələrindəki billbordlarda yer alacaq.

Onlar təklifə körpələrinin 40-ı çıxandan sonra qərar verəcək.

Gülnar Qafarlı

Fahriye və Burakın övladı milyoner dünyaya gəlib