Türkiyənin məşhur cütlüyü Fahriye Evcen Burak Özçivitin 4 ay öncə dünyaya gələn oğlu Karan ilk dəfə görüntülənib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, Bodrumda tətil edən cütlüyün övladı dayəsinin qucağında obyektivlərə tuş gəlib.

Sözügedən şəkil Fahriye və Burakın fanatları tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, cütlük 2017-ci ildə sadə mərasimlə ailə həyatı qurub.

Gülnar Qafarlı

Fahriye və Burak cütlüyünün oğlu ilk dəfə görüntüləndi - FOTO