Ötən gün restoranda axşam yeməyi yeyən Fahriye Evcen və Burak Özçivit cütlüyü, məkandan çıxarkən müxbirlərin suallarını cavablandırıb.

Open.az xəbər verir ki, cütlüyün lüks markalı avtomobilləri müxbirlərin gözündən yayınmayıb.

Avtomobillərinin nömrəsinin oğlanları Karanın adının baş hərflərdən ibarət olduğunu görən jurnalistlər: "Deyəsən, yeni almısınız?" sualı ilə Fahriye Evcenə müraciət ediblər.

Fahriye Evcen  Burak Özçiviti təriflədi: Əla atadır

Fahriye isə: "Çox da yeni deyil. Zatən bütün avtomobillərimizin seriya nömrəsi eynidir" deyib.

Bodrum tətilindən yeni qayıdan Fahriye və Burak cütlüyü Karan haqqında verilən bütün sualları həvəslə cavablandırıblar. Yaxın zamanlarda heç bir serial və filmdə çəkilməyəcəyini bildirən Fahriye Evcen: "Vaxtımı oğluma həsr etmək istəyirəm. O qədər tez böyüyür ki, hər anını görmək, qaçırmamaq diləyindəyəm" deyib.

Burakın mükəmməl ata olduğunu da söyləyən Fahriye Evcen, bütün subay müxbirlərə ailə və övlad arzulayaraq, məkanı tərk edib.

Fahriye Evcen  Burak Özçiviti təriflədi: Əla atadır

Fahriye Evcen  Burak Özçiviti təriflədi: Əla atadır

Fahriye Evcen  Burak Özçiviti təriflədi: Əla atadır