Tanınmış türk pop müğənnisi Yonca Lodi radio proqramlarının birinə telefonla bağlanaraq, evdə qaldığı günlərdə nələr etdiyindən danışıb.

Open.az xəbər verir ki, dinləyicilərə mənəvi ruh verən müğənni: "Oğlum Egehan və pişiklərimizlə evdə oturmuşuq. Lazım olmadığı təqdirdə evdən küçəyə çıxmırıq. Bütün işlərimizi evdən görməyə çalışırıq. Bütün günü təmizlik işləri görürük. Darıxanda ana-oğul pianoda və gitarada mahnılar ifa edirik. Ruhumuzu yüksək səviyyədə saxlamağa çalışırıq. Hər kəsdən xahiş edirəm ki, məcbur olmadıqca evdən çıxmasınlar. Bütün hallarda evdə qalıb darıxmaq, xəstəxanada yatmaqdan yaxşıdır". deyə müğənni hər kəsə çağırış edib.

Ülviyyə Həsənqızı

Evdə oturub, darıxmaq xəstəxanada yatmaqdan min dəfə yaxşıdır