İsrailin Tel-Əviv şəhərində keçirilən "Eurovision-2019" mahnı müsabiqəsi yekunlaşıb.

Open.az xəbər verir ki, Niderland təmsilçisi yarışmada qalib gəlib.

Dunkan Lourens "Arcade" mahnısı ilə yarışmanın birincisi olub. O, səsvermə zamanı 492 xal toplayıb.

İkinci yeri İtaliya təmsilçisi, üçüncü yerdə isə Rusiya ifaçısı qərarlaşıb.

Azərbaycanı təmsil edən Çingiz Mustafayev “Truth” mahnısı ilə yarışmanı 7-ci sırada başa vurub.