Türk televiziyasının reytinqli seriallarından biri olan "Eşkıya Dünyaya Hükümdar Olmaz"ın çəkiliş meydançasında iş dayanmayıb.

Open.az xəbər verir ki, bütün dünyada serial, film çəkilişləri müvəqqəti dayandırılıb. Teatrlar, konsert müəssisələri bağlanıb. Amma "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialının yaradıcı heyəti koronavirusa meydan oxuyaraq çəkilişləri davam etdirirlər.

Ötən gün serialın çəkiliş məkanları dezindeksiya edilib. Çəkiliş məkanları ilə yanaşı aktyorların geyindiyi kostyumlar, yaradıcı heyətə yemək gətirən avtomobillər də dezindeksiya edilib və gündə 3 dəfə təmizlənir.

Aktyorların çəkiliş meydançasına tək-tək gəlməsi məsələsi də təmin edilib. Yaradıcı heyət çəkiliş məkanına ayrı-ayrı, xüsusi ayrılmış avtomobillərdə gətirilir.

Serialın çəkiliş meydanında yaradıcı heyəti həkimlər müşayiət edir. Bütün aktyorlar gündəlik həkim müayinəsindən keçirilir.

Serialda iştirak edən iki aktyor-Sabina Toziya və Turgay Tanülkünün yaş həddi 65-in üzərində olduğu üçün onların səhnələrinin çəkilişlərinə bir müddət ara verilib.

Bir sözlə bütün çətinliklərə və əlavə xərclərə baxmayaraq, "Eşkıya Dünyaya Hükümdar Olmağa" davam edir.

Ülviyyə Həsənqızı

Eşkıya Dünyaya Hükümdar OlmazEşkıya Dünyaya Hükümdar Olmaz