Uzun illərdir uğurla davam edən "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialına yeni aktyor qatılıb.

Open.az xəbər verir ki, tanınmış aktyor və müğənni Levent Sülün Salı bundan sonra EDHO’nun aktyor heyətində olacaq.

Serialın 179-cu bölümündə tamaşaçıların qarşısına çıxacaq Levent Sülün Salı, sənət həyatına 1995-ci ildə "Çiçek Taksi" serialı ilə başlayıb.

Aktyorluqla yanaşı müğənni kimi də fəaliyyət göstərən Levent Sülün Salı, son illər reklam çarxlarında çox çəkilib.

Eşkıya Dünyaya Hükümdar Olmaz