Ermənistan bu il keçiriləcək "Eurovision" musiqi müsabiqəsinə qatılmaqdan imtina edib.

Open.az xəbər verir ki, bu haqda Ermənistan telekanalı məlumat yayıb.

Onlar buna ölkədə son vaxtlar baş verən hadisələri səbəb kimi göstəriblər.

Qeyd edək ki, yarışma 18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq.