Rusiyanın РУДН KVN komandasının eks üzvü, erməni Aşot Keşyan ruslara müraciət edərək Türkiyənin istirahət mərkəzlərini "boykot" etməyə çağırıb.

Open.az xəbər verir ki, erməni aktyor rusları, Ermənistan və Dağlıq Qarabağa həmrəylik göstərməyə səsləyərək, Türkiyə kurortlarından "uzaq durmağı" məsləhət görüb.

Erməni Aşot bildirib ki, "Türklər Azərbaycana yardım edir. Onların arxasında dayanır. Ona görə də Türkiyə kurortlarında istirahətə gedib, onlara xeyir vermək lazım deyil. Türkiyəni Misirlə əvəz edin" deyən Keşyan özü ilə eyni "ağılda" olan hər kəsi Misirdə istirahət etməyə "dəvət edib".

Qeyd edək ki, Aşot Keşyan Abxaziyanın Qaqra şəhərində anadan olub. Erməni aktyorun qardaşı Ararat Keşyan da KVN komandasının üzvü və aktyor kimi fəaliyyət göstərib.

Ülviyyə Həsənqızı