Türk aktyoru İlker Aksum illər əvvəl çıxış etdiyi "20 dakika" serialından danışıb.

Open.az xəbər verir ki, aktyor illər sonra bildirib ki, ekran işi ərəb şeyxinin sifarişi ilə çəkilib. Bu barədə serialda baş rolu canlandıran İlker Aksum İnstaqramda canlı yayımında məlumat verib.

"30 bölümdə bitdi. Bəzən pul üçün iş görürsən, bəzən də üstündə pul verdiyin layihələr olur" deyə, İlker Aksum bildirib.

Qeyd edək ki, bir cinayətin tarixçəsindən və intiqam hesablaşmasından bəhs edən serialda baş rolları İlker Aksum və Tuba Büyüküstün ifa ediblər.

Ülviyyə Həsənqızı