Məşhur türk müğənnisi Ebru Gündeşin illərdir küsülü olduğu atası sentyabrın 18-də 76 yaşında vəfat edib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, sənətçi atasını səssiz-sədasız Büyükçekmece Qəbiristanlığında dəfn edib.

Qeyd edək ki, Ebru Gündeşin 4 yaşı olanda spirtli içki aludəçisi olan atası evi tərk edib. Ebru məşhurlaşdıqdan sonra bütün müsahibələrində atasının öldüyünü deyib. Lakin atası Remzi Gündeş illər sonra ortaya çıxıb və Ebrunun atası olduğunu açıqlayıb. Müğənni isə atasını bağışlamayıb.

Gülnar Qafarlı