Türkiyə prezidenti Recep Tayyip Ərdoğan jurnalistlərə müsahibə verib.

Open.az xəbər verir ki, Ərdoğan TRT telekanalında yayımlanan "Diriliş Ertuğrul" serialından bəhs edib: ""Diriliş Ertuğrul" serialının insanlarda Osmanlı tarixinə qarşı maraq oyandırdığının şahidi olmusunuz.

Dünyanın harasına getsəm, orada mənə "Diriliş Ertuğrul"dan danışırlar. İrəlidə tariximiz və arxivimizlə bağlı bu tərzdə ciddi işlərə önəm verməyimiz əhəmiyyətlidir".