Dünyanın ən varlı cütlüklərindən hesab olunan Ceff Bezos və Makkenzi Bezos boşanmağa qərar verib.

Open.az xəbər verir ki, 25 ildir evli olan cütlük bu haqda sosial şəbəkələrdə məlumat yayıb.

ABŞ-ın “Amazon” şirkətinin qurucusu və 160 milyard dollar sərvəti olan Ceff Bezosla Makkenzinin 3 oğlu var.

"Biz bir-birimizi tanıdığımız üçün çox şanslıyıq. 25 il öncə boşanacağımızı bilsəydik, yenə evlənərdik", - deyə Ceff Bezos bildirib.