Dünya şöhrətli müğənni Cennifer Lopez 2019 Toronto Beynəlxalq Film Festivalında iştirak edib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, 50 yaşlı sənətçi geyindiyi qırmızı rəngli cəsarətli geyimi ilə yenə adından söz etdirib.

Lopezin libasının altından alt paltarı geyinmədiyi görünüb.

müğənni ötən həftə təqdim edilən "Hustlers" adlı filmdəki roluna görə dirək rəqsi öyrənib. O, əvvəllər dirək rəqsinin ecazkar bir şey olduğunu, amma öyrənəndə nə qədər çətin bir şey olduğunu söyləyib.

Qeyd edək ki, "Hustlers" Wall Street müştərilərini şantaj etmək üçün bir araya gələn keçmiş striptiz klubu əməkdaşlarının hekayəsindən bəhs edir. Cennifer Lopezin qrupun liderinə həyat verdiyi filmin heyətində Lili Reinhart, Konstans Vu, Culiya Stiles, Cardi B, Mercedes Ruehl kimi məşhurlar yer alıb.

Gülnar Qafarlı

Dünya ulduzu festivala alt paltarı geyinmədən qatıldı - FOTO

Dünya ulduzu festivala alt paltarı geyinmədən qatıldı - FOTO

Dünya ulduzu festivala alt paltarı geyinmədən qatıldı - FOTO