Britaniyalı məşhur müğənni, 68 yaşlı Stinq "My Songs Tour 2020" payız dünya turu çərçivəsində Rusiyanın dörd şəhərində konsert proqramı ilə çıxış edəcək.

Open.az xəbər verir ki, sentyabrın 25-dən 30-dək keçiriləcək konsertlər- Moskva, Sankt-Peterburq, KazanYekaterinburq şəhərlərində baş tutacaq.

Konsertdə Stinqin ən populyar hitlərini səsləndirəcəyi nəzərdə tutulub.

Qeyd edək ki, 17 dəfə "Qremmi", "Qızıl Qlobus", "Emmi", "Oskar" mükafatlarının sahibi olan dünya şöhrətli Stinq, sənət karyerası boyunca albomunun surəti 100 milyon nüsxə satılan müğənnidir.

Ülviyyə Həsənqızı

Dünya şöhrətli Stinq payızda konsert prqoramı ilə çıxış edəcək