Türkiyənin məşhur serialı "Dudaktan Kalbe"nin aktyoru Burak Hakkı subaylığın daşını atmağa hazırlaşır.

Open.az xəbər verir ki, aktyor nişanlısı Hara Pappa ilə məkanların birindən çıxarkən, jurnalistlərin suallarını cavablayıb.

Burak yay aylarında toy olacağını deyib.

O, artıq toy hazırlıqlarına başladığını vurğulayıb.