Hollivudun məşhur aktyoru Ceffi Skott vəfat edib.

Open.az xəbər verir ki, fevralın 22-də 80 illik yubileyini qeyd edən aktyor, fevralın 23-də dünyasını dəyişib.

Uzun illər Parkinson xəstəliyindən əziyyət çəkən mərhum aktyorun ölüm xəbəri bu gün yayılıb.

Qeyd edək ki, Ceffi Skott "Dinastiya" serialında ifa etdiyi Mark Cenninqs rolu ilə məşhurlaşıb.

Mərhum aktyorun məşhurluğunun bir səbəbi də "Old Spice" tütün və parfüm məhsullarının reklam çarxında çıxış etməsi olub.

Ülviyyə Həsənqızı

Doğum gününü qeyd edən aktyor vəfat edib