5 sezon TRT1 ekranında yayımlanan "Diriliş Ertuğrul" serialında baş rolda çıxış edən Engin Altan Düzyatan, yeni serialı "Barbaros" üçün imicini dəyişib.

Open.az xəbər verir ki, Engin Altan Düzyatan yeni serialda "Hayreddin Paşa" obrazını canlandıracaq.

Hazırda ailəsi ilə birlikdə tətildə olan Düzyatan, sosial mediadan paylaşdığı fotolar vasitəsilə "Barbaros"a hazırlaşdığını vurğulayıb.

Xatırladaq ki, "Barbaros" serialındakı "Hayreddin Paşa" obrazı əvvəlcə aktyor Çağatay Ulusoya təklif edilmişdi. Daha sonra serial çəkilişlərinin uzandığını görən aktyor, müqaviləni imzalamaqdan imtina etmişdi.

Diriliş Ertuğrul