Bir müddət tanınmış türk məşhurlarının meneceri olan 46 yaşlı Taylan Güceli dənizdə boğulub.

Open.az xəbər verir ki, ötən həftə havanın əlverişli olduğunu görüb, qayıqla dəniz gəzintisinə çıxan menecer, bir müddət sonra suya atılaraq, üzməyə başlayıb.

Dənizdə üzdüyü anda suyun üzərində hərəkətsiz qalan menecerin köməyinə sahildəki adamlar yetişib. Əvvəlcə Taylan Gücelinin boğulduğunu zənn ediblər. İlkin müdaxilədən sonra təcili xəstəxanaya aparılan 46 yaşlı menecerin infarktdan keçindiyi məlum olub.

Ülviyyə Həsənqızı