Sosial medianın aktiv istifadəçilərindən biri də türk müğənnisi, keçmiş model Demet Akalındır.

Open.az xəbər verir ki, ötən gün gənclik illərinə aid fotosunu paylaşan Demet Akalın : "Estetiksiz də pis deyiləm. İnanmayan Hira'ya baxsın" deyib.

48 yaşlı Demet Akalının estetik əməliyyatlardan əvvəl çəkilmiş fotosu sosial mediada olay olub. İzləyicilər Demeti Ebru Gündeşə bənzədiblər.

Qeyd edək ki, Demet Akalın 1990-cı illərdə Yaşar Alptekin’in manikenlik kurslarına gedib. Karyerasına maniken kimi başlayan Demet Akalın 1996-cı ildə ilk albomu olan "Sebebim"i çıxarır.

Defilərələrə çıxan Demet Akalın eyni zamanda müğənnilik də edir və səs imkanları ona daha çox uğur və pul gətirir.

Demet estetiksiz üzünü göstərib: İnanmayan...