Son günlər qalmaqallı açıqlamaları ilə gündəmə gələn müğənni Demet Akalının bu dəfəki paylaşımı tənqid olunub.

Open.az xəbər verir ki, "Survivor" azarkeşi olan və yarışmanı izləyərək fikirlərini sosial şəbəkədən paylaşan Demet Akalın, ötən gecə Evrim Keklik haqqında yazıb.

"Gönüllülər" komandasında yarışan Evrim Keklik"ə : "Gedəcəksən deyə çox sevinirəm, vallah. Ağla, ağla betər ol" deməsinə qəzəblənən Evrimin anası Fatoş Keklik Demet Akalına cavab yazıb.

Qəlbi qırılan Fatoş Keklik: "Demet xanım siz, Türkiyədə tanınan, sevilən sənətçisiniz. Unutmayın ki, sizin də bir qızınız var. Evrim üçün dediyiniz sözlər məni çox yaraladı. Sizə heç yaraşdırmadım" deyib.

Demet Akalın qarğış elədi, qarşı tərəfdən cavab gəldi