Tanınmış türk pop müğənnisi Demet Akalın Türkiyə Daxili İşlər Nazirliyinə qonşularından şikayət edib.

Open.az xəbər verir ki, Acarkend səmtində villası olan müğənni, "Beykoz Konakları" adı ilə tanınan villaların sahiblərinin hər gecə əyləncə şənlikləri təşkil etdiyini söyləyərək, Nazirlikdən kömək istəyib.

Demet Akalın: "Koronavirusa görə əyləncə məkanları bağlıdır. Qonşularım isə hər gecə həyələrində əyləncə gecələri təşkil edərək, səs-küy salırlar. Elə bil ev deyil, əyləncə klubunda yaşayırıq. Bu qədər də olmaz!" deyə sosial mediadan ictimaiyyətə səslənib.

Demet Akalın Daxili İşlər Nazirliyinə şikayət etdi: Evləri klub ediblər