Bodrumda yaşayan məşhur Türk sənətçisi Neco özündən 25 yaş kiçik olan həyat yoldaşı İdil Erkeyə qarşı fiziki zorakılıq tətbiq etdiyi iddiasıyla prokurorluq tərəfindən 3 ay evdən uzaqlaşdırma cəzası alıb.

Open.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Neconun bundan əvvəl də həyat yoldaşına zərb fiziki zorakılıq tətbiq etdiyi bildirilib. Baş verən hadisə zamanı müxtəlif nahiyyələrindən xəsarət alan İdil xəstəxanalıq olub. Polisə şikayət edən İdilin daha sonra şikayətini geri götürdüyü bildirilib. Lakin hadisə ədliyyə nazirliyinə məlum olduğu üçün ədli orqanlar Necoya 1 ay evdən uzaqlaşdırma və pul cəzası verib.