Rusiyanın komediya aktrisası, parodiyaçı Yelena Vorobey yeni növ koronavirusa yoluxub.

Open.az xəbər verir ki, bu baradə sosial şəbəkə hesabından məlumat yayan aktrisa bildirib ki, COVİD-19 yoluxmasından 3 gün əvvəl xəbər tutub.

Xəstəliyinin ciddi simptomlar vermədiyini deyən Yelena Vorobey, sadəcə öskürdüyü və özünü halsız hiss etdiyini bildirib.

Qeyd edək ki, 52 yaşlı aktrisa hazırda müalicə olunur.

Ülviyyə Həsənqızı