Türkiyədə olduğu kimi Əfqanıstanda da geniş tamaşaçı kütləsi olan "Çukur" serialının ilk bölümü 2018-ci ildə yayımlanıb.

Open.az xəbər verir ki, serialın ikinci sezonu isə bir müddət əvvəl nümayiş edilib. Amma Əfqanıstanın İnformasiya və Mədəniyyət Naziri Şiva Şark facebook hesabından serialla bağlı önəmli xəbər açıqlayıb. Belə ki, nazir "Çukur" un gənclərin psixoloji durumuna pis təsir göstərdiyini, şiddət və qorxu aşıladığını əsas göstərərək, Tolo televiziyasında yayımlanan serialın yayından qaldırılmasını tələb edib.

Nazir qeyd edib ki, belə seriallar gələcəkdə də nümayiş edilməməlidir.

Ülviyyə Həsənqızı

Çukur