"Çukur" serialının son bölümündə "Mahsun" xarakterini canlandıran Berkay Ateş ailəsini də yanına alaraq, məhəllədən ayrılıb.

Beləliklə də "Çukur" serialının 2-ci sezonunda gələn Berkay Ateş, 4-cü sezonun əvvəlində serialdan uzaqlaşıb.

Çukur

Open.az xəbər verir ki, serialda ikiqat sürpriz yaşanıb. Belə ki, Berkay Ateş serialdan ayrılarkən, "Kahraman Kosovalı" obrazını canlandıran Mustafa Üstündağ isə serialda qayıdış edib.

Qeyd edək ki, aktyor Mustafa Üstündağın bir neçə bölüm "Çukur" da olacağı deyilib.

Çukur