Türk müğənnisi Yıldız Tilbe qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

Open.az xəbər verir ki, Yıldız Tilbe ötən gün sosial media hesabından paylaşdığı açıqlamada maska taxmaq, çip taxdırmaq və vaksindən imtina etdiyini açıqlayıb.

Yıldız Tilbenin açıqlamasından sonra sosial mediadan onu tənqid edənlərə əsəbi cavab verən müğənni bildirib ki:

"Kim mənə necə münasibət bəsləyir, özü bilər. Amma yenə də deyirəm. Mənə heç kim zorla nəsə etdirə bilməz. Vaksindən də, maskadan, HES"dən, çip taxdırmaqdan imtina edirəm. Deyirlər ki, vaksin pulsuz olacaq. Çörəyi pulsuz verin. Dərmanlar, xəstəxanalar pulsuz olsun. Evləri pulsuz paylayın. Kimin nəyə ehtiyacı varsa, havayı verin. Heç olmasa insanlar həyatlarında 3 gün olsa rahat yaşaya bilsinlər. Vaksin havayıdır. Belə yaxşılıq heç görmədim. Ölüm sizdən əvvəl gəlsin. Sizdən yaxşıdır. Əgər söylədiyim fikirlərə görə dövlətim məni həbs edəcəksə, etsin. Layiqəmsə, boynum qıldan incədir. Ölkəmi, soyumu mən seçmədim. Mən dövlət üçün deyil, dövlət mənim üçündür"