BloombergHT’də yayınlanan "Aslı Şafak"la İşin Aslı" programına qonaq olan Coşkun Sabah Türkiyədəki müğənnilərin yarısından çoxunun not bilmədiyini deyib.

Open.az xəbər verir ki, not bilən müğənnilərin əksəriyyətinin əslində bəstəkar olduğunu söyləyən Coşkun Sabah, meqastar Tarkanın adı çəkildikdə: "Tarkan da not bilmir. Amma sabah zəng edib, soruşacam. Günahına girməyim. Bəlkə indi bilir?" deyib.