Cinsiyyətini dəyişdirərək gündəmə gələn "İşte Benim Stilim" yarışmasının iştirakçısı Neslihan Doğrusöz "Sibel Arna ile Sırrı Nedir?"adlı verilişdə qonaq olub.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı Neslihan proqramda verdiyi səmimi açıqlamalar ilə gündəmə gəlib.

Belə ki, o, cinsiyyətini dəyişməzdən öncə heç bir kişi ilə birlikdə olmadığı və bakirə olduğunu söyləyib: "Uşaqlığımdan bəri özümü həmişə kişi kimi hiss etdim. Bacılarımın yataqlarının yanında Tarkanın şəkilləri, mənimkinin yanında Ahu Tuğba ilə Hülya Avşarın plakatları var idi. Bir qız sevgilim var idi, amma ailələrimiz bilmədiyi üçün onların yanında dost kimi davranırdıq. Əl-ələ gəzən cütlükərə baxanda həsəd aparırdım. Heç bir kişi sevgilim olmadı. Prosesdən əvvəl bakirə idim".

Neslihan ailəsinin onun dəstəklədiyini də bildirib: "Atam bu məsələni eşidəndə məndən imtina etdim. "Nə ölümün, nə də dirimin üstünə gəl" dedi. Bir il ailəmi görmədim. Sonra evə getdim, anamla qucaqlaşıb ağlaşdıq. Atam istədiyi üçün qadınlıq hormonu aldım və ilk dəfə büsqalter geyindim. Ailəlikcə bir Neslihanı məcbur etdik. lakin alınmadı. Ona görə sinəmi götüzdürdüm. İndi də kişilik hormonu üçün testosterondən istifadə edirəm. Vücudum da idman etdiyim üçün dəyişir. Saqqal əkdirərkən çox əzab çəkdim. Güzgüyə baxdığım zaman Neslihanla vidalaşdığım üçün ağladım. Amma Selin Ciğerci, Rüzgar Erkoçlar, Bületn Ersoy kimi məşhurlar mənə cəsarət verdi. Ümidvaram ki, mən də başqalarına cəsarət verərəm".

Gülnar Qafarlı

Cinsiyyətini dəyişərək kişi olan Neslihan: Hələ bakirəyəm

Cinsiyyətini dəyişərək kişi olan Neslihan: Hələ bakirəyəm