Türkiyədə bir çox kino və seriallarda çəkilən məşhur aktyor Ümit Yesendən sevənlərinə üzücü xəbər gəlib.

Open.az xəbər verir ki, aktyor 65 yaşında dünyasını dəyişib.

Onun ölüm səbəbi barədə hələki heç bir məlumat yoxdur.

Xatırladaq ki, Ümit Yesen "Çiçek taksi" serialında "Şeker Kazım" obrazını canlandırıb.

Qeyd edək ki, Ümit sonuncu dəfə "Yeni Gelin" serialında "Dede Korkut" obrazını ifa edib.