enidən ailə qurmağa hazırlaşan məşhur ulduz Cennifer Lopez gəlinlikdə görüntülənib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bir çoxları Nyu-Yorkun mərkəzində kameralara tuş gələn kino ulduzunun toya hazırlaşdığını düşünüb. Lakin məlum olub ki, C.Lopez əslində gəlinlik paltarını "Marry me in New York" filminin çəkilişi üçün geyinib.

Qeyd edək ki, Cennifer Lopez 2017-ci ildən bəri sevgi münasibəti yaşadığı Aleks Rodriqezlə nişanlıdır. Cütlük yaxın zamanlarda toy planlaşdırır.


Cennifer Lopez gəlinlikdə görüntülənib - FOTOLAR

Cennifer Lopez gəlinlikdə görüntülənib - FOTOLAR