Müğənni Cennifer Lopes və sevgilisi Aleks Rodriges ABŞ-ın qərb sahillərində yeni villa alıblar.

Open.az xarici KİV-ə istinadən xəbər verir ki, 55 yaşlı sənətçi və 44 yaşlı sevgilisinin yeni evi 204 kvadratmetrlik ərazidə yerləşir. Kaliforniya ştatı yaxınlığında yerləşən villaya cütlük 1,4 milyon dollar ödəyib.

Villada 3 yataq, 2 vanna, mətbəx, istirahət üçün böyük eyvan, iş otağı var. Yaxınları villanın ailə üçün kiçik olduğunu, onu başqa bir yaxınlarına aldığını bildiriblər.

Qeyd edək ki, CeyLo və Rodiges Bel-Eyr rayonunda böyük villası var. Onlar 2017-ci ildən orada yaşayırlar. Bundan əlavə sevgililər birlikdə bir neçə mənzilə sahibdilər. Onlardan biri və fərqlisi Floridada yerləşir. Lopes 2011-ci ildə də bir villa almış və ona 18 milyon dollar ödəmişdi. 2017-ci ildə Manhettendə aldığı digər bir evə isə 27 milyon dollar verib.