Türkiyənin məşhur komediya aktyoru Cem Yılmazla aktrisa Serenay Sarıkayanın ailə quracağı iddia olunub.

Open.az türk mətbuatına istinadən xəbər verir ki. cütlüyün bu il evlənəcəyi irəli sürülüb.

Cem və Serenay hələlik iddia barədə hər hansı bir açıqlama verməyib.

Qeyd edək ki, C. Yılmaz bir dəfə ailəli olub. O, Ahu Yağtudan 2013-cü ildə boşanıb.

Serenayın sonuncu sevgilisi isə aktyor Kerem Bürsin olub.